ABŞ-li voleybolçu “Gəncə”də
01.07.2025 - 13:32

“Gəncə” ABŞ-dən olan voleybolçu ilə heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, komanda İzabell Morqan ilə bir mövsümlük müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Voleybolçu ötən mövsümü İsveç "Gislaveds"ində keçirib.
Qeyd edək ki, 25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A&M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarının heyətində çıxış edib.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0