
Çimərlik voleybolu üzrə qadın və kişilər arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə, çimərlik voleybolu üzrə milli komandaların meneceri Orxan Hüseynzadə və klubların nümayəndələri iştirak ediblər.
Yarışda 12 qadın (“Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “Milli-1”, “Milli-2”, “Milli-3”) və 11 kişi (“Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”) klubu iştirak edəcək.
Çempionat Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibi olacaq komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.
Qeyd edək ki, yarış iyulun 21-25-də keçiriləcək.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır