Azərbaycan millisi Rumıniya ilə üz-üzə
14.06.2025 - 10:16
Azərbaycan millisi Rumıniya ilə üz-üzə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.