“Azərreyl” ölkə çempionu oldu
25.04.2025 - 17:14
“Azərreyl” ölkə çempionu oldu

Kişi voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün final mərhələsinin ikinci oyunu baş tutub.

Matç Milli Gimnastika Arenasında “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gəlib. İlk görüşdə “quru hesabla” qalib gələn nominal qonaqlar bu dəfə də rəqibindən üstün olublar. İlk iki setdə qələbə qazanmaqla çempionluğu təmin edən “Azərreyl” matçda da qalib gəlib – 3:1. 

Yüksək Liqa (kişilər)
Final, ikinci oyun
25 aprel

15:00. “Murov Az Terminal” - “Azərreyl” - 1:3 (20:25, 22:25, 25:17, 17:25)

Milli Gimnastika Arenası
İlk oyun – 0:3

Qeyd edək ki, matçdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Finalçılarla yanaşı, bürünc mükafatın sahibi “Xilasedici”də medallarını alacaq.