“Azərreyl”dən ev qələbəsi
19.02.2025 - 20:28

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə daha bir matç keçirilib.
“Azərreyl” və “Murov Az Terminal” üz-üzə gəlib. "Dəmiryolçular" 3:1 hesabı ilə üstün olaraq rəqiblə aradakı fərqi 6-ya endiriblər.
Yüksək Liqa (qadınlar)
XII tur
19 fevral
18:00. “Azərreyl” - “Murov Az Terminal” - 3:1 (25:18, 25:23, 20:25, 25:21)
GİN-in Voleybol Mərkəzi
0
0