“Gəncə” baş məşqçisi ilə yollarını ayırıb
12.05.2025 - 20:22

"Gəncə" voleybol klubu baş məşqçisi Sergey Çasnavitski ilə vidalaşıb.
Apasporr.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, son 2 mövsümdə komandanı çalışdıran belaruslu mütəxəssislə yollar ayrılıb.
Qeyd edək ki, “Gəncə” Çasnavitskinin rəhbərliyi altında ötən mövsüm Azərbaycan kubokunun finalınadək irəliləmişdi.
0
0