
"Gəncə" yeni mövsüm üçün çalışmaları davam etdirir.
Apasport.az xəbər verir ki, komanda kolumbiyalı statist Marta Karrillo ilə müqavilə imzalayıb.
İdmanın voleybol növü üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis, həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası II səviyyə) sertifikatlı məşqçidir.
M.Karrillo statist kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb. Mütəxəssis 2020-2022-ci illərdə Meksika milli komandasında statist vəzifəsini yerinə yetirib.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır