"Gəncə"dən Fransa klubuna
30.06.2025 - 12:20

“Gəncə” voleybol klubunda ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi bolqarıstanlı hücumçu Nikol Duleva ilə vidalaşıb.
O, karyerasını Fransada davam etdirəcək. Voleybolçu "Olimpik"lə müqavilə imzalayıb.
Qeyd edək ki, “Gəncə” bir sıra transferlər həyata keçirib. Komanda əvvəllər "Milli Aviasiya Akademiyası"nda çıxış etmiş braziliyalı blokçu Qrasiela Souza və toppaylayıcı Marianna Abuevanı heyətinə qatıb.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0