
Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışa iyulun 2-də yekun vurulub.
Çempionatda Azərbaycan, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığma komandaları mübarizə aparıb.
Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub.
Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı beşinci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır