Millimiz Macarıstana məğlub oldu
15.06.2025 - 20:38

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, komandamız GİN-in Voleybol Mərkəzində Macarıstan voleybolçularına 1:3 hesabı ilə məğlub olub.
İlk setdə hesabda geri düşən Azərbaycan millisi ikinci setdə bərabərliyə nail olsa da, üçüncü və dördüncü setlərdə rəqiblə bacarmayıb.
Avropa Gümüş Liqası
II mərhələ
18:00. Azərbaycan - Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)
0
0