Millimiz yenə məğlub oldu
01.06.2025 - 19:48

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma komandamız Sloveniya ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada millimiz 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzub.
0
0