Millimizin üzvü Braziliya Kubokunun qalibi olub
09.02.2025 - 12:21

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.
"Osasko" son olaraq 7 il əvvəl Braziliya Kubokuna sahib çıxmışdı.
0
0