Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
17.03.2025 - 11:09
Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.

Apasport.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyətinin dayandırılması barədə qərar verilib.

Qeyd edək ki, federasiya 2002-ci ildə yaradılıb. 2023-cü ilin sentyabr ayında struktur dəyişikliyindən sonra Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev federasiyanın sədri seçilib.

Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.