Paris 2024: Türkiyə yığmasında xaos
27.07.2024 - 23:15
Paris 2024: Türkiyə yığmasında xaos

Paris Olimpiadasında ilk voleybol oyunlarının başlamasına bir neçə gün qalmış Türkiyə milli komandasında vacib dəyişiklik baş verib. 

Apasport.az xəbər verir ki, Tuğba İvegin heyətdən çıxarılıb. Onun əvəzinə İlkin Aydın iştirak ərizəsinə daxil edilib. 

Maraqlıdır ki, buna qədər baş məşqçi Daniele Santarellinin hazırlıq matçlarında əsas seçimi Tuğba olub, İlkin Aydın isə zədə səbəbilə oyunlara çıxmayıb. Santarellinin bu dəyişikliyi Türkiyənin idman ictimaiyyətində geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, İlkin Aydın "Qalatasaray"a məxsus oyunçudur.

Klub isə məsələ ilə bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda baş məşqçinin hərəkətinin qəsdli edildiyi iddia edilib ki, bu da qalmaqalın böyüməsinə səbəb olub.

"Qalatasaray" bəyanatda təzəlikcə başa çatan AVRO-2024-ə də göndərmə edərək, idmançılarına qarşı ayrıseçkilik edildiyini vurğulayıb. 

Təsadüfdən, həm futbol, həm də voleybol üzrə Türkiyə milli komandalarının baş məşqçiləri məhz italyandır. 

Qeyd edək ki, Türkiyə olimpiadadakı ilk oyununu 29 iyulda Niderland millisinə qarşı keçirəcək. 

1