Türkiyə millisi yarımfinalda
04.09.2025 - 20:47
Türkiyə millisi yarımfinalda

2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Türkiyə millisi 1/4 finalda ABŞ-la qarşılaşıb. 

Görüş "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə nəticələnib. 

Bununla da, komanda yarımfinala yüksəlib. Türkiyənin buradakı rəqibi Yaponiya millisi olacaq.

Digər yarımfinalda isə Braziliya İtaliya ilə üz-üzə gələcək.