Voleybol millimiz Slovakiyaya yollanıb
03.06.2025 - 10:58
Voleybol millimiz Slovakiyaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

Apasport.az xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək.

Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.