Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
14.10.2025 - 10:42
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə oyununda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.
Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0