Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsində çıxış edəcək 4 komandadan 3-nün adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, bir gün öncə keçirilən X turun görüşlərinə əsasən dəqiqləşib.
Belə ki, 10 matçın hamısında qalib gələn “Lokomotiv” birinci yerdəki mövqeyini möhkəmlədib. Son Azərbaycan çempionunun “Naxçıvan” və “Ekspress”lə oyunlarının qaldığını nəzərə alsaq, pley-offa lider kimi yüksələcəyini proqnozlaşdırmaq mümkündü. İkinci yerdə qərarlaşan “Sərhədçi”nin də mövqeyini əldən verəcəyi inandırıcı deyil. MOİK və “Naxçıvan”la qarşılaşacaq komanda ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayır. Onlar bu qarşılaşmalarda xal qazanmasalar belə set fərqində və şəxsi görüşdə “ağ-qaralar”ı geridə qoyacaqlar.
3-cü pillədə qərarlaşan “Neftçi”nin də mübarizəni növbəti mərhələdə davam etdirəcəyi dəqiqləşib. Onlar ən yaxın izləyiciləri MOİK-dən 9 xal irəlidədilər. Son pley-offçunun adına isə qarşıda olan matçlar aydınlıq gətirəcək. Bu vəsiqəyə üçün “Ekspress” artıq “ofsayd”a düşdüyündən MOİK, U-18 və “Naxçıvan” mübarizə aparacaq.
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
1 |
Lokomotiv |
10 |
10 |
0 |
30-4 |
820-605 |
29 |
2 |
Sərhədçi |
10 |
8 |
2 |
27-8 |
822-651 |
24 |
3 |
Neftçi |
10 |
6 |
4 |
18-14 |
745-651 |
18 |
4 |
MOİK |
9 |
3 |
6 |
11-20 |
638-762 |
9 |
5 |
U-18 |
9 |
3 |
6 |
14-23 |
770-855 |
8 |
6 |
Naxçıvan |
4 |
1 |
3 |
3-10 |
232-312 |
3 |
7 |
Ekspress |
10 |
0 |
10 |
6-30 |
696-867 |
2 |
Qeyd edək ki, çempionatın əsas hissəsi aprelin 12-də yekunlaşacaq. Pley-off mərhələsinin isə aprelin 14-də və 16-da keçirilməsi planlaşdırılır. Bu mərhələdə qalib 2 qələbənin yekuna əsasən müəyyənləşəcək. Əgər ehtiyac olarsa, üçüncü matç keçiriləcək.