[b]“Ayaçço”nun avrokubok matçı həmyerlimizə tapşırıldı[/b]
26.02.2018 - 14:59
Avropa Voleybol Konfederasiyası (CEV) daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, Fikrət Axundov CEV kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək oyuna dəvət alıb.
O, Ayaçço kişi voleybolçular arasında təşkil olunacaq “Ayaçço” (Fransa) – “Asseko Resovia” (Polşa) matçında əsas hakim funksiyasını yerinə yetirəcək. Fevralın 28-də baş tutacaq görüşdə həmyerlimizə almaniyalı Mirko Till köməklik edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk matçda polşalılar 3:0 hesabı ilə qalib gəliblər.
0
0