[b]“Azərreyl” yunana tapşırıldı[/b]
30.12.2017 - 18:00
Avropa Voleybol Konfederasiyası “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunları üçün hakimləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum “Azərreyl” (Azərbaycan) – “Ştiinta” matçını yunanıstanlı Teodora Kiriopoulouya həvalə edib.
Yanvarın 9-da Bakıda baş tutacaq görüşdə ikinci hakim funksiyası Milan Nikoliçə (Bosniya və Herseqovina) həvalə edilib.
Matç Voleybol Mərkəzində olacaq. İlk oyunda isə rəqib 3:1 hesabı ilə qalib gəlib.
0
0