[b]“Çelsi”dən tarixi göstərici[/b]
09.05.2017 - 15:04
İngiltərə Premyer Liqasının XXXVI turu çərçivəsində “Midlsbro”nu evdə 3:0 hesabı ilə məğlub edən “Çelsi” çempionluğa bir addım da yaxınlaşmaqla yanaşı, mühüm nailiyyət də əldə edib. Apasport.az saytının məlumatına görə, bu, “zadəganlar”ın öz meydanında qazandığı 300-cü qələbə kimi tarixə düşüb.
Bu göstəricidə onlar Premyer Liqada yalnız “Mançester Yunayted” (347) və “Arsenal”dan (306) geri qalırlar.
Qeyd edək ki, cari mövsümdə Antonio Kontenin yetirmələri çempionatda 15 ev qələbəsi qazanıb.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0