Kişi basketbolçuların Avroliqa turnirində qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, Serbiyanın Belqrad şəhərində keçirilən final oyununda “Fənərbaxça” ilə “Real” qarşılaşıb.
Görüş 85:80 hesabıyla madridlilərin qələbəsi ilə başa çatıb. Bununla da, “Fənərbaxça” ardıcıl ikinci dəfə Avropanın ən güclüsü olmaq arzularına çata bilməyib.
Qeyd edək ki, üçüncülük matçında “Jalgris”lə MOİK üz-üzə gəlib. Görüş litvalıların 79:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası
Final
“Fənərbaxça” (İstanbul, Türkiyə) – “Real” (Madrid, İspaniya) – 80:85
Üçüncülük oyunu
MOİK (Moskva, Rusiya) – “Jalgris” (Kaunas, Litva) – 77:79