[b]Azərbaycan çempionatında təxirə salınan oyunların günü dəqiqləşdi[/b]
28.02.2018 - 10:57
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təxirə salınan VI turunun oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, fevralın 23-də baş tutmalı olan qarşılaşmalar martın 2-nə keçirilib.
Bu səbəbdən də növbəti turlar bir həftə sonraya keçirilib. II dövrənin son oyun günündə isə meydana birinci AVF və “Lokomotiv” klubları çıxacaq. Günə “Azərreyl” – “Abşeron” dueli ilə yekun vurulacaq.
2 mart
VI tur
15:00. AVF – “Lokomotiv”
17:00. “Azərreyl” – “Abşeron”
Qeyd edək ki, matçlar Voleybol Mərkəzində oynanılacaq.
0
0