Voleybol üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Super Liqanın son turundan sonra baş tutan tədbirdə çempionat iştirakçıları meydana dəvət olunub.
“Azəryol” bürünc, “Azərreyl” gümüş, “Telekom” qızıl medallarla mükafatlandırılıb. Onlara medalları Azərbaycan Voleybol Federasiyasının rəsmiləri veriblər.
“Telekom”a qızıl medalları federasiyanın prezidenti Cavid Qurbanovla gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. “Rabitəçilər”ə çempionluq kuboku da verilib. Onu isə Qurbanov və AVF-nın vitse-prezidenti Faiq Qarayev təqdim edib.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək