[b]Azərbaycan çempionu İsveç klubu ilə qarşılaşacaq[/b]
18.07.2017 - 15:18
Həndbol üzrə avrokubokların püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Azərbaycan çempionu “Nur”un da ilk rəqibi bəlli olub.
Tarixində ilk dəfə qitə miqyaslı turnirdə çıxış edəcək Mingəçevir təmsilçisi EHF kubokunda mübarizə aparacaq. Komandamız I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
“Nur” bu raundda İsveçin “Lugi” komandası ilə görüşəcək. Bu mərhələnin görüşləri sentyabrın 9-10 və 16-17-də keçirilməlidi. Azərbaycan çempionu ilk matçı evdə oynayacaq. Lakin tərəflərin razılaşma ilə hər iki oyunu eyni şəhərdə keçirməsi də mümkündü.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0