[b]Azərbaycan və Qətər yığmaları birgə təlim-məşq toplanışı keçəcəklər[/b]
24.05.2017 - 12:31
Azərbaycan və Qətər voleybol federasiyaları arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, Bakıda səfərdə olduğu vaxt Qətər Voleybol Assosiasiyasının prezidenti Əli Qanim Əl Kuvari imzalanma mərasimində iştirak edib.
Azərbaycan Voleybol Federasiyasının mənzil-qərargahında baş tutan görüşdə vitse-prezident Faiq Qarayevlə Əl Kuvari qarşılıqlı təcrübə mübadiləsi və birgə toplanışların təşkili haqda razılığa imza atıblar. Qonaq Qətər millilərini qarşıda bir sıra turnirlərin gözlədiyi vaxtda belə əməkdaşlığın faydalı olacağını vurğulayıb.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0