Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının I turunun tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 qrupda baş tutan 6 qarşılaşmanı 4580 azarkeş izləyib.
Turun mütləq rekordu Bakıda qeydə alınıb. Yığmamızın Ukrayna üzərində 3:1 hesablı qələbəsinə 1000 tamaşaçı şahidlik edib. Millimizin oyunu B qrupunun Macarıstan – Fransa görüşü 50 tamaşaçı qabaqlayıb.
İlk turun ən az maraq kəsb edən görüşü isə Xorvatiyada qeydə alınıb. Splitdə təşkil olunan matçı cəmi 530 azarkeş izləyib.
A qrupu
Bolqarıstan – Portuqaliya – 3:0
Sofiya, Xristo Botev Sarayı, 700 tamaşaçı
Azərbaycan – Ukrayna – 3:1
Bakı, Voleybol Mərkəzi, 1000 tamaşaçı
B qrupu
Xorvatiya – Finlandiya – 3:0
Split, “Qripe” İdman Mərkəzi, 530 tamaşaçı
Macarıstan – Fransa – 3:0
Budapeşt, Nemzeti Közşolqalati Egyetim İdman Sarayı, 950 tamaşaçı
C qrupu
Slovakiya – Belarus – 2:3
Poprad, Poprad Arena, 700 tamaşaçı
İspaniya – Çexiya – 0:3
Qvadalaxara, Saray, 700 tamaşaçı