20 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avro-2017-nin B divizionu üçün açıqlanan siyahıda yeni legioner də yer alacaq.
Belə ki, inkişaf adı altında aşağı yaş qrupları üçün belə oyunçu milliləşdirən Azərbaycan Basketbol Federasiyası qeyri-müəyyən səbəbdən Papuna Kirtadze, Tornike Julakidze, Eliyah Mollenhauer kimi “yetirmələri”ndən imtina edib. Əvəzində komandamız yeni əcnəbiyə “qucaq açıb”. Bu, 1 ay öncə 20 yaşını qeyd edən Cordan Devisdi.
Komandamızın baş məşqçisi Tahir Baxşıyev onunla yanaşı, Ömər Əhmədzadə, İsmayıl Əliyev, Zakir Babazadə, Amit Qurban, Nicat Məmmədli, Əkbər Məmmədov, Murad Mustafazadə, Endər Poladxanlı, Elşad Şirzadov və Nihad Tağıyevin xidmətindən yararlanacaq.
Millimizdə orta boy 190 sm, yaş isə 18-di.
Qeyd edək ki, iyulun 14-də başlayacaq yarışda yığmamız B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Rusiya, Slovakiya, Böyük Britaniya və Hollandiyadı.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək