[b]Basketbolçularımıza reytinqdə yer tapılmadı[/b]
12.03.2018 - 15:29
FİBA basketbolun 3X3 növü üzrə reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan üçün uğursuz alınıb.
Belə ki, kişilərdən ibarət millimiz reytinqdə 41-ci olsa da, heç bir təmsilçimiz fərqləndirilməyib. Samit Nuruzadənin rəhbərlik etdiyi komandada hansısa basketbolçumuz “Top-250”yə düşə bilməyib.
Kişilərlə müqayisədə, xanım idmançılarımız ən güclülər sırasına düşə biliblər. Reytinqdə 51-ci olan komandamızın üzvlərindən Tatyana Deniskina 145-ci, Dina Ulyanova 176-cı yerdədi.
0
0