FİBA basketbolun 3X3 növü üzrə reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmaları siyahıda müxtəlif mövqelərdə qərarlaşıblar.
Belə ki, yarışlara həsrət kişilərdən ibarət millimiz reytinqdə rəqiblərinin geriləməsi səbəbindən 2 pillə irəliləyiblər - 39-cu yer. Lakin komandamızın heyətində heç kim fərqləndirilməyib. Samit Nuruzadənin rəhbərlik etdiyi yığmada hansısa basketbolçumuz bu dəfə də “Top-250”yə düşə bilməyib.
Kişilərlə müqayisədə, xanım idmançılarımız ən güclülər sırasında yer alıblar. Reytinqdə 51-ci yeri qoruyan komandamızın üzvlərindən Dina Ulyanova 106 pillə irəliləməklə, 70-ci yerə qalxıb. Ondan fərqli, Tatyana Deniskina mövqeyini itirib. O, 45 pillə geriləməklə, 190-cı yerə enib.