Qadın voleybolçulardan ibarət Belarus millisinin baş məşqçisi postunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Azərreyl” klublarında çalışmış Ancelo Vercesi komandanın “sükanı arxası”ndan kənarlaşdırılıb.
Onunla birlikdə digər məşqçi Aleksandr Klimoviç də yığmanı tərk edib. Avropa çempionatına hazırlığı Brestdə davam etdirən milli artıq yeni çalışdırıcıların rəhbərliyi altında hazırlaşır. Maraqlıdı ki, komanda yenə Bakı klublarında işləmiş mütəxəssisə həvalə edilib. Belarusu Avro-2017-də “İqtisadçı” və “Lokomotiv”dən tanıdığımız Pyotr Xilkonun rəhbərliyi altında oynayacaq. Ona köməkliyi Aleksandr Virkovski edəcək.
Bu cütlük 2 il öncə Hollandiya və Belçikada keçirlən Avropa çempionatında da Belarusun məşqçilər korpusunda yer alıb.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək