Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev diplomla mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.
O, Dövlət Tərbiyəsi və İdman Akademiyasının zalında təşkil olunan təntənəli mərasimdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən diploma layiq görüldüyünü söyləyib. Belə ki, BOK-un prezidenti Tomas Baxın imzası ilə daxil olan sənəddə Qarayev qadın idmanına göstərdiyi xidmətə görə mükafatlandırılıb.
Hüseynzadənin sözlərinə görə, diplom bu günlərdə sahibinə təqdim olunacaq.