Bosniya və Herseqovinada qadın həndbolçular arasında “Çelenc Trofi” yarışı davam edir. Apasport.az saytının məlumatına görə, ilk turda meydan sahiblərinə uduzan Azərbaycan ikinci oyun günündə Lüksemburqla üz-üzə gəlib.
Qarşılaşma komandamız üçün yaxşı başlayıb və Vladimir Korotkinin rəhbərlik etdiyi kollektiv fasiləyə 16:9 hesabı ilə üstün yollanıb. Lakin ikinci yarıda rəqib üstünlüyü ələ alıb. Nəticədə lüksemburqlular məğlubiyyətdən qaçıblar və matç 27:27 hesabı ilə yekunlaşıb.
B qrupunun digər görüşündə Bosniya və Herseqovina Böyük Britaniyanı sınağa çəkib. Görüş birincilərin 34:20 hesablı qələbəsi ilə başa çatıb.
Heç-heçə komandamızın yarımfinal şansını çətinə salıb. Çünki III turda yığmamız Böyük Britaniyanı elə hesabla udmalıdı ki, Bosniya və Herseqovinanın Lüksemburq üzərindəki qələbəsi halında 2 oyundakı ümumi fərq 26-dan çox olsun. Düzdü, bu, 26 olsa da, bizə kifayət edə bilər. Amma qol sayında lüksemburqluları qabaqlamalıyıq.
B qrupu
II tur
Lüksemburq – Azərbaycan – 27:27 (9:16)
Bosniya və Herseqovina - Böyük Britaniya – 34:20 (19:9)
N |
Ölkə |
O |
Q |
H |
M |
T |
X |
1 |
Bosniya və H |
2 |
2 |
0 |
0 |
68-36 |
4 |
2 |
Lüksemburq |
2 |
1 |
1 |
0 |
55-47 |
3 |
3 |
Azərbaycan |
2 |
0 |
1 |
1 |
43-61 |
1 |
4 |
B. Britaniya |
2 |
0 |
0 |
2 |
40-62 |
0 |