“Çelsi”nin hücumçusu Dieqo Kosta Londona qayıdıb. Apasport.az saytı “Marca” nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu 3 aylıq fasilədən sonra “zadəganlar”ın düşərgəsinə dönüb.
“Çelsi”nin baş məşqçisi Antonio Konte onu əsas komandada görmək istəmədiyindən, tərəflər arasında narazılıq yaranmışdı. Əvəzedici heyətlə məşq etməyə razılaşmayan Kosta bu səbəbdən İngiltərəyə qayıtmaq istəmirdi. Buna baxmayaraq, 28 yaşlı forvard yekunda klubun qərarını icra edib.
“Çelsi” rəhbərliyi Kostanın adını Premyer Liqanın iştirak ərizəsinə salsa da, onu Çempionlar Liqası üçün sifariş etməyib.
Qeyd edək ki, mövsümöncəsi hazırlıq prosesində iştirak etməyən Dieqo Kosta sabiq klubu “Atletiko”ya qayıtmağı planlaşdırırdı. Bu keçid yanvarda baş tuta bilər.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək