“Topun qəbulunda bəzi problemlərimiz var idi. Bu oyunda mənfi tərəflərimizi görə bildik”. Apapsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak deyib.
Təcrübəli blokçu Sloveniya ilə yoxlama matçını şərh edib. O, Voleybol Federasiyasının feysbuk səhifəsinə bildirib ki, 2:2 hesabı ilə başa çatan görüşdəki çatışmazlıqları növbəti oyunlarda aradan qaldırmağa çalışacaqlar: “Daha çox çalışmaq lazımdı. Amma unutmayaq ki, komandamız uzun fasilədən sonra ilk oyununa çıxırdı. Addım-addım formamızı yığırıq. Belə matçlarda nəticə önəm daşımır, əsası odu ki, rəsmi oyunlara hazır olaq”.
Qeyd edək ki, Azərbaycan millisi Sloveniyada Avropa çempionatına hazırlaşır.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək