Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 3 qarşılaşmadan ikisində Azərbaycan millisinin üzvləri müxtəlif nəticələr qazanıblar.
Belə ki, Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş” derbidə “Qalatasaray”a qonaq olub. Gərgin keçən qarşılaşma “qara qartallar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əzizovanın cəmi 1 zərbəsi dəqiq olub.
Yığmamızın kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “Vakıfbank”la qarşılaşıb. 0:3 hesablı hesablı məğlubiyyətdə Bayramova 5 xal toplayıb.
Qeyd edək ki, 21-ci turun digər oyunlarında Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Çanakkale BLD.”-yə qonaq olacaq. Yana Kulanın komandası “Bəylikdüzü” isə “Nilüfər”lə üz-üzə gələcək.