[b]Milli üzvü derbidə qalib gəlib, bürünc medal qazandı[/b]
14.04.2018 - 21:09
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında üçüncü yerin sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Qalatasaray”la cavab matçında qarşılaşıb.
Görüş təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhimova qarşılaşmada 18 xal toplayıb.
İlk matçda da 3:1 hesablı qələbə qazanın “sarı bülbüllər” bürünc medallara sahib olub.
Qeyd edək ki, “Fənərbaxça” növbəti mövsümdə CEV Çempionlar Liqasında mübarizə aparacaq.
0
0