Qadın həndbolçular arasında “Çelenc Trofi” kubokunda mübarizə aparacaq Azərbaycan millisinin oyunlarının tam təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 16 illik fasilədən sonra qitənin ən aşağı nüfuzlu yarışına qatılacaq yığmamız ilk matçını ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək.
Görüş mayın 29-da Bakı vaxtı ilə 20:30-da start götürəcək. Ertəsi gün Lüksemburqla matça ilk turdan 2 saat tez çıxacağıq. Böyük Britaniya ilə oyunumuz isə saat 18:15-ə nəzərdə tutulub.
Yığmamızın yer aldığı B qrupunun təqvimi
29 may
18:30. Böyük Britaniya – Lüksemburq
20:30. Azərbaycan - Bosniya və Herseqovinaya
30 may
18:30. Lüksemburq - Azərbaycan
20:30. Bosniya və Herseqovinaya - Böyük Britaniya
31 may
18:15. Azərbaycan - Böyük Britaniya
20:15. Bosniya və Herseqovinaya – Lüksemburq
Qeyd edək ki, oyunlar Tuzla şəhərində olacaq. A qrupunda isə Estoniya, Moldova, Belçika və Kipr mübarizə aparacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalara yarımfinala vəsiqə qazanacaq. Digər 2 yerin sahibi 5-8-ci yerlər uğrunda oynayacaq. “Çelenc Trofi”nin qalibin adına isə iyunun 3-də aydınlıq gələcək.