[b]Millimizin oyunu yunanıstanlı hakimə tapşırıldı[/b]
25.05.2018 - 09:18
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının III turunun hakimləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan – Azərbaycan matçı da idarə edəcək referilər dəqiqləşib.
Belə ki, mayın 26-da baş tutacaq görüşdə əsas hakim Aleksandros Milonakis (Yunanıstan) olacaq. Ona bolqarıstanlı Çavdar Marev köməklik edəcək.
Qeyd edək ki, Xristo Botev Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0
0