Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.
Hər iki görüşdə ev sahiblərinin qələbəsi qeydə alınıb. "Hyuston Rokets" "Yuta Caz"ı, "Qolden Steyt Vorriorz" isə "Nyu-Orlean Pelikans"ı məğlub edib. Beləliklə, seriyalarını 4:1 hesabı ilə öndə bitirən "Hyuston" və "Qolden Steyt" qərb konfransının finalında rəqib olublar.
NBA
Pley-off
Qərb konfransı, yarımfinal
"Hyuston Rokets" - "Yuta Caz" - 112:102
"Hyuston": Pol (41 xal, 10 assist, 7 ribaund, 1 top oğurlama)
"Yuta": Mitçell (24 xal, 9 ribaund, 5 blok, 1 top oğurlama)
Seriyada hesab - 4:1 ("Hyuston" konfrans finalında)
"Qolden Steyt Vorriorz" - "Nyu-Orlean Pelikans" - 113:104
"Qolden Steyt": Körri (28 xal, 8 assist, 7 ribaund, 1 top oğurlama)
"Nyu-Orlean": Deyvis (34 xal, 19 ribaund, 1 assist, 4 blok, 1 top oğurlama)
Seriyada hesab - 4:1 ("Qolden Steyt" konfrans finalında)