[b]Səmədova bu dəfə ehtiyatda qaldı[/b]
15.01.2018 - 10:00
Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Montsa”nı qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur A seriyasında debüt edən Səmədova bu dəfə meydana çıxmayıb.
Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 30 xalı var.
0
0