[b]Yelizaveta Səmədovanın komandası yenə qalib gəldi[/b]
27.12.2017 - 09:32
Qadın voleybolçular arasında İtaliya A seriyasında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Modena”nı qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib.
Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 27 xalı var.
0
0