Avropa Voleybol Konfederasiyası qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qitə çempionatı ərəfəsində müəyyənləşən siyahı millimiz üçün heç də uğurlu alınmayıb.
Faiq Qarayevin yetirmələri 4 pillə geriləməklə, 16-cı yerə enib. Komandamızın aktivində 178 xalı var.
Avro-2017-dəki rəqiblərimizə gəlincə, Almaniya (270) da geriləyənlər sırasındadı. Onlar bir ölkəni özlərindən irəli buraxmaqla, 4-cü yerə eniblər. Polşa (234) 9-cu pillədəki mövqeyini qoruyubsa, Macarıstan vəziyyətini yaxşılaşdırıb. Aktivindəki xallarını 188-ə çatdıran komanda yığmamızı arxada qoyub – 15-ci yer.
Siyahıya isə yenə Rusiya başçılıq edir. Onlar 292 xala malikdi. İkinci yerdə Serbiya (284), üçüncü pillədə İtaliya (278) qərarlaşıb.
Qeyd edək ki, 48 ölkənin yer aldığı siyahıda Ermənistan millisi yer almayıb.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək