Qadın həndbolçular arasında AVRO-2018-in seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkatma Azərbaycan millisinin iştirakı olmadan keçirilib.
Bu isə o deməkdi ki, yığmamız yenidən qitə miqyaslı turnirdən kənar qalıb. Son vaxtlar bir sıra yarışlara qatılmayan millimiz yenə də çempionatı kənardan izləmək məcburiyyətində olacaq.
Püşkatmada isə I seçmə mərhələnin 6 komandası iki qrupa bölünüb. Həmçinin birbaşa II seçmə mərhələdən mübarizəyə qoşulacaq 26 yığmanın da adı bəlli olub və millimiz onlar arasında yer almayıb.
Qeyd edək ki, AVRO-2018-in final mərhələsi Fransada keçiriləcək.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək