[b]Yığmamız İranı darmadağın etdi[/b]
18.04.2017 - 12:15
Sloveniyada təlim-məşq toplanışına start verən qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri İran yığması ilə üz-üzə gəlib.
Komandamız rəqibini darmadağın edib. Legioner oyunçularımız düşərgədə olmasalar belə yığmamız set vermədən qalib gəlib – 3:0 (3:0 25:14, 25:16, 25:17).
Qeyd edək ki, hazırlıq mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında hesablanıb (Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi).
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0