Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kuboku turniri davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin (U-20) də qatıldığı yarışda bu gün III tura start verilib.
İkinci oyun günündə Daşkəndin SK MO RU klubuna 70:79 hesabı ilə uduzan basketbolçularımız Bişkek “Politexnik”i üz-üzə gəlib. Tahir Baxşiyevin yetirmələri rəqiblərini 104:80 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, millimiz martın 20-də Bişkekin “Gines 29” komandası ilə gücünü yoxlayacaq. Basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu “Tulpar Skif”lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.