Qadın voleybolçular arasında Fransa çempionatında pley-off mərhələsinin ikinci qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyun günündə Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Mulhaus”u qəbul edib.
İlk görüşdə rəqibinə 0:3 hesabı ilə uduzan ev sahibləri bu dəfə qələbə qazanıblar. “Venel” 3:1 hesabı ilə qalib gəlib. Qurbanova oyunda 13 xal toplayıb.
Olena Həsənova formasını geyindiyi “Le Kann” “Sen-Rafael”lə üz-üzə gələcək.
Qeyd edək ki, “Venel” seriyada hesabı bərabərləşdirdiyindən komandalar əlavə oyunda güclünü müəyyənləşdirəcəklər. Bu qarşılaşma aprelin 17-də olacaq.