Türkiyə Sultanlar Liqasında 5-8-ci yerlər uğrunda matçlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisini oyunçusu Kseniya Poznyakın şərəfini qoruduğu “Beşiktaş” seriyanın ikinci oyununda “Bursa BŞB” ilə üz-üzə gəlib.
Təmsilçimizin komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək, seriyadakı ümumi hesabı bərabərləşdirib - 1:1.
Kseniya matçda 8 xal yığıb.
“Akatlar” İdman Kompleksində baş tutan görüşü yığmamızın sabiq oyunçuları İnessa Qorxmazla Yelena Şabovta, həmçinin 2015-ci ildə “Azəryol”u (indiki “Azərreyl”i) çalışdırmış Ceyson Haldan da izləyib.
Qeyd edək ki, seriyanın 3-cü oyunu sabah Bursada keçiriləcək.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək