"Yaxşı başlasaq da, sonra oyunumuzda müəyyən problemlər üzə çıxdı". Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət "Abşeron" klubunun baş məşqçisi Eldar Yusubov deyib.
Komanda Azərbaycan Super Liqasının I dövrəsinin son matçında "Azərreyl"ə 1:3 hesabı ilə məğlub olub. Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə danışan Yusubov rəqibin daha zəngin heyətə malik olduğunu söyləyib: “Azərreyl”in ehtiyat oyunçular skamyası daha genişdi. Komandamızın oturuşmağına vaxt lazımdı. Məncə, 1-2 turdan sonra daha yaxşı formada olacağıq”.
Qalib komandanın çalışdırıcısı Famil Ağayev isə yetirmələrindən razılıq bildirib: "Hücum xəttimiz məni çox sevindirir. Yekaterina Jidkova ilə Anna Dovqopolyuk çox məhsuldar oyun nümayiş etdirir. Viktoriya Dedkova da öz formasını yavaş-yavaş qaytarmaq üzrədi".