Qadın voleybolçular arasında Millətlər Liqasının Çində keçirilən final mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Altılar finalı”nın ardından yarımfinalçılar müəyyənləşib.
A qrupunda Braziliya millisi 1-ci olub. “Sambaçılar” Çin və Hollandiya ilə görüşlərdə 3:0 hesabı ilə qalib gəlib. Asiya təmsilçisi “narıncılar” üzərində 3:1 hesablı qələbə ilə 2-ci olub.
B qrupunda isə Azərbaycan yığmasının DÇ-2018-dəki rəqibi ABŞ fərqlənib. Amerikalılar Türkiyəni 3:2, Serbiyanı 3:0 hesabı ilə yenib. Sonuncuların duelində 3:2 hesabı ilə sevinən “ay-ulduzlular” 2-ci olub.
Bununla da sabah keçiriləcək yarımfinal mərhələsinin cütləri dəqiqləşib. ABŞ Çin, Braziliya Türkiyə ilə qarşılaşacaq.